Günün transfer xəbərləri: Məşhur braziliyalı klubunu dəyişdi

Günün transfer xəbərləri: Məşhur braziliyalı klubunu dəyişdi

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Braziliya təmsilçisi "Seara"nın rəsmi saytı: "Son klubu "Korintians" olan Jo ilə münasibətlər rəsmiləşdirildi".

"L'Equipe" nəşri: "PSJ Mauro İkardidən mümükün qədər tez qurtulmaq istəyir. Argentinalının A seriyasının debütantı "Montsa"ya icarəyə veriləcəyi daha real görünür".

"Bayern Münhen"in prezidenti Gerbert Hayner: "Harri Keyn? Yox, onun transferi barədə yayılan informasiyalar həqiqəti əks etdirmir. Biz Keynlə maraqlanmırıq".

Canluka Di Martsio, insayder: "Aleksey Mirançuk "Atalanta"dan "Torino"ya keçmək üçün Turinə gəlib. Tibbi müayinənin ardından tərəflər rəsmi müqaviləyə imza atacaq".

"Real Madrid"in prezidenti Florentino Peres: "Bu yay başqa transfer etməyəcəyik. İndki heyət bir neçə cəbhədə inamlı mübarizə üçün yetərlidir". 

"Corriere dello Sport": "Roma"nın yarımmüdafiəçisi Nikolo Dzanyolonun "Tottenhem"ə keçməsinə "canavarlar"ın baş məşqçisi Joze Mourinyu əngəl yaradıb. Portuqaliyalı mütəxəssis futbolçunun sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə qarşı tərəfə icarəyə verilməsini istəməyib. Mourinyu onun 50 milyon avroya satılmasından başqa varinatı qəbul etməyib".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər