Günün transfer xəbərləri: Mbappe və Ronaldunu kim əvəz edəcək?

Günün transfer xəbərləri: Mbappe və Ronaldunu kim əvəz edəcək?

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. "The Telegraph" nəşri: "Maurisio Poçettino "Aston Villa"da Stiven Cerrardı əvəz edə bilər".

"Tuttomercatoweb" saytı: "Nyukasl" "Yuventus"un qolkiperi Voytsex Şesnini heyətinə qatmaq istəyir". 

"TodoFichajes" nəşri: "Mbappe PSJ-ni tərk edəcəyi halda, klub rəhbərliyi heyətə 90 milyon avroya "İnter"dən Lautaro Martinesi qatacaq".

"Calciomercato" nəşri: "Mançester Yunayted" ciddi şəkildə "Milan"ın portuqaliyalı ulduzu Rafael Leaunu heyətinə qatmaq qərarına gəlib. Futbolçu öz həmyerlisi Kriştianu Ronaldunun əvəzləyicisi kimi nəzərdən keçirilir". Emin Şəmsiyev 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər