Günün transfer xəbərləri: Türk futbolçu "Yuventus"dan gedir

Günün transfer xəbərləri: Türk futbolçu "Yuventus"dan gedir
Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.  
"Calciomercato" qəzeti: "Milan" portuqaliyalı hücumçu Rafael Leaonu satışa çıxarıb. İtalyanlar futbolçunu təxminən 30 milyon avroya satmaq fikrindədirlər. Leaonun agenti Jorje Mendeş onu "Vulverhempton" a təklif edib.
"Daily Star" xəbər agentliyi: "Tottenhem" Antoni Marsialın (Anthony Martial) transferində maraqlıdır. "Mançester Yunayted" 25 yaşlı fransız futbolçu üçün 50 milyon funt tələb edir". 
Mohamed Buhafsi, "RMC"nin jurnalisti: "Mançester Yunayted" və "Real Madrid" Rafael Varanın (Raphael Varane) transferi ilə bağlı danışıqlara başlayıb.
Gələn həftə futbolçu üçün həlledici olacaq".
Fabritsio Romano, idman jurnalisti: "Dortmund "Borussiya"sı Merih Demiral ilə maraqlanır. "Yuventus" türkiyəli müdafiəçi üçün 35 milyon avro istəyir. Futbolçu ilə digər klublar maraqlansa da, "Borussiya"ya keçidi daha real görünür.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər