Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Defensa Central" saytı: "Real Madrid" diqqətini "Maynts 05"in futbolçusu Conatan Burkardta yönəldib".
David Ornşteyn (The Athletic UK): "Fulhem" "Arsenal"ın almaniyalı qapıçısı Bernd Lenonu 8 milyon funt sterlinqə transfer edəcək".
"Bild" nəşri: "Sadio Manenin ən yaxın dostu Dezire Seqbe "Bayern Münhen" ilə 2 illik müqavilə imzalayıb. O, əvəzedici komandada çıxış edəcək. Benin millisinin 29 yaşlı hücumçunun son klubu Fransanın "Dyunkerk" komandası olub".
"Mundo Deportivo" nəşri: "Mançester Siti" uyğun təklif alacağı təqdirdə, yarımmüdafiəçi Bernardu Silva ilə yolları ayırmağa hazırdır".
Emin Şəmsiyev