Günün transfer xəbərləri: "Liverpul"un futbolçusu "Reyncers"də

Günün transfer xəbərləri: "Liverpul"un futbolçusu "Reyncers"də

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Canluka Di Martsio, insayder: "Yuventus" və "Torino" Qleyson Bremerin bonuslarla birlikdə 47 milyon avroya transferi ilə bağlı razılığa gəliblər. İndi Turin klubu müdafiəçi ilə razılaşmalıdır".

Jurnalist Romeo Aqrestidən xəbərlər (Goal): Juventus Qleyson Bremer üçün Torinoya 47 milyon avro (bonuslar daxil) təklif edib.

"Marko Piatsa pulsuz azad agent olaraq "Sampdoriya"ya keçəcək".

Fabritsio Romano, insayder: "Brayan Brobbi "Ayaks"a geri dönür".

"Tuttosport" nəşri: "Yuventus" Nikola Milenkoviçi və Alvaro Moratanı heyətinə qatmaq istəyir".

Baş tutmuş transfer xəbərləri:

23 yaşlı müdafiəçi Morits Yents "Loren" tərəfindən "Seltik"ə icarəyə verilib.

Bayern Münhen"in sabiq hücumçusu Robert Levandovski rəsmi olaraq "Barselona"nın futbolçusudur.

26 yaşlı müdafiəçi Ben Deyvis "Liverpul"dan "Reyncers"ə transfer olunub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər