Günün transfer xəbərləri: Lempard İngiltərə millisində?

Günün transfer xəbərləri: Lempard İngiltərə millisində?

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Rəsmi: "Real Madrid" "Palmeyras"ın 16 yaşlı hücumçusu Endriki transfer edib. O, kral klubuna 18 yaşı tamam olanda qoşula biləcək. 

İnsayder Fabritsio Romano qeyd edir ki, gənc vunderkind ilə müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub. Ancaq bu müddət daha 3 il artırıla bilər. 

İstedadlı braziliyalı PSJ, "Çelsi" və "Barselona"nın da diqqət mərkəzində idi. Ancaq tələb olunan 60 milyon avronu "Real Madrid" ödədiyini üçün transfer gerçəkləşdi. 

İnsayder Canluka Di Marsio: "Atletiko Madrid"in hücumçusu Joau Feliks PSJ-yə keçmək istəyir. Ancaq Madrid təmsilçisi onu elə-belə buraxmaq niyyətində deyil. Feliks üçün 130-140 milyon avro ödəmək lazımdır. Bu məbləği isə PSJ ödəyə bilər. Fransa təmsilçisi gələcək üçün gənc futbolçulara ehtiyac duyur. Kilian Mbappeni və Neymar gedəcəyi təqdirdə, və ya Lionel Messinin müqaviləsi bitəcəyi vaxtda komandada əvəzedici hücumçunun olması üçün fransızlar Feliksin transferini gözdən keçirməlidir". 

Rəsmi: Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş istefaya göndərilib. O, 2014-cü ildən bu vəzifədə çalışıb. Portuqaliya yığması Santuşun rəhbərliyi altında AÇ-2016 və 2019-cu ildə Millətlər Liqasının qalibi olub. DÇ-2022-də portuqaliyalılar 1/4 finalda Mərakeş millisinə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

"Football Insider": "Çelsi"nin əfsanəsi Frenk Lempard İngiltərə millisinin baş məşqçisi ola bilər. Hazırki çalışdırıcı Qaret Sautqeytin getmə qərarı verəcəyi təqdirdə, bu posta əsas namizəd Lemparddır. "Everton" onun rəhbərliyi altında yüksək nəticələr əldə etməsə də, İngiltərə Futbol Federasiyasının rəsmiləri Mark Bullinqem və Con Makdermott onun istedadına heyrandılar və milli komanda çalışmağa layiq olduğunü düşünürlər. 

Röya Kərimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər