Günün transfer xəbərləri: Kyeza "Yuventus"u yarı yolda qoydu

Günün transfer xəbərləri: Kyeza "Yuventus"u yarı yolda qoydu

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"TeamTalk" saytı: "Nyukasl" "RB Salzburq"un futbolçusu Noa Okaforla maraqlanır. 21 yaşlı hücumçu özünü İngiltərədə sınamaq istəyir. "Sağsağanlar" transfer pəncərəsi bitməmiş iki yeni hücumçu almaq istəyir.

"Foot Mercato" nəşri: PSJ Antonio Rüdigerə təklif göndərib. 28 yaşlı futbolçuya illik 7 milyon avroluq müqavilə təklif olunub. Yayda o, azad agent olacaq. "Çelsi" hələ də futbolçu ilə müqaviləni yeniləməyə çalışır.

Canluka Di Martsio: Nani A Seriyasına qayıda bilər. Ona İtaliyanın "Bolonya" və "Cenoa" klubları təklif göndərib. Nani 2017-2018-ci il mövsümündə "Latsio"da çıxış edib və A Seriyasında 3 qolla yadda qalıb.

Canluka Di Martsio: Serxio Oliveyranın "Roma"ya keçidi reallaşmaq üzrədir.

Canluka Di Martsio: Federiko Kyeza zədələndikdən sonra "Yuventus" hücumu gücləndirməyi düşünür. Mövsümün sonuna qədər Kyezanın yoxluğu kluba baha başa gələ bilər. Serdar Azmun namizədlər siyahısındadır.

Baş tutmuş transfer xəbərləri: 

Jens Kayuste (22 yaşlı yarımmüdafiəçi)

"Midtyulland"dan (Danimarka)  "Reims"ə (Fransa) keçib. Transfer məbləği - 10 milyon avro təşkil edib. Müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Futbolçu İsveç millisinin heyətində 8 oyun keçirib.

Aleksandr Vasyutin (26 yaşlı qapıçı)

"Zenit"dən (Rusiya) - "Dyurqarden" (İsveç) klubuna keçib. Futbolçu 31 dekabr 2022-ci ilə qədər icarədə olacaq. 

Emanuel Mammana (25 yaşlı müdafiəçi)

"Zenit"dən (Rusiya) "River Pleyt"ə (Argentina) keçib. Futbolçu azad agent qismində keçib. 2020-ci ilin yayından icarə əsasında "Soçi"də çıxış edir.

Andrea Konti (27 yaşlı müdafiəçi)

"Milan"dan (İtaliya)  "Sampdoria" (İtaliya) klubuna keçib. O, "Milan"a 2017-ci ilin yayında "Atalanta"dan 24 milyon avroya qarşılığında keçib.

Andreas Uindhaym (26 yaşlı müdafiəçi)

"Sparta"dan (Çexiya)  "Şalke 04"ə (Almaniya) icarəyə verilib. Futbolçu 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq. 

Yakub Kaminski (19 yaşlı cinah oyunçusu)

"Lex" (Polşa) klubundan "Volfsburq"a (Almaniya) keçid edib. Transfer məbləği - 10 milyon avro. Müqavilə 1 iyul 2022-ci ildən 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm o, 19 oyun keçirib, 6 qol vurub və 4məhsuldar ötürmə verib.

Timoteuş Puçaç (22 yaşlı sol cinah müdafiəçisi)

"Yunion Berlin"dən (Almaniya)  "Trabzonspor"a (Türkiyə) keçib Futbolçu 2021/22 mövsümünün sonuna kimi icarəyə verilib. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər