Günün transfer xəbərləri: Kvaratsxeliya İngiltərə klublarının diqqətində

Günün transfer xəbərləri: Kvaratsxeliya İngiltərə klublarının diqqətində

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Daily Mail": "Liverpul" iki tanınmış futbolçunu gözaltı edib. Bunlar "Borussiya Dortmund"dan Cud Bellinqem və "Vulverhempton"dan Mateus Nunyesdir. Yarımmüdafiə xəttinin gücləndirilməsini istəyən baş məşqçi Yürgen Klopp hər iki futbolçu ilə şəxsən maraqlanır. 

"Numero-diez": “Roma” futbolçusu Brayan Kristante ilə müqaviləni yeniləyib. 27 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2027-ci ilin yayına qədər uzadılıb. 

"90мin": "Arsenal" "Napoli"nin əsas oyunçularından olan Xviça Kvaratsxeliyaya elçi düşüb. 21 yaşlı gürcü yarımmüdafiəçi cari mövsüm parlaq çıxışı ilə top-klubların diqqətini cəlb edib. O, meydana çıxdığı 20 oyunda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

"Daily Mail" isə yazır ki, Gürcüstan millisinin üzvü "Mançester Siti"nin də gündəmindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər