Günün transfer xəbərləri: Keçmiş arvadına görə ABŞ-a gedəcək

Günün transfer xəbərləri: Keçmiş arvadına görə ABŞ-a gedəcək

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Bild" nəşri: "Maks Kruz karyerasını MLS-də davam etdirmək istəyir. "Volfsburq"un hücumçusunun keçmiş arvadı və oğlu ilə birlikdə Floridada yaşayır, ona görə də almaniyalı futbolçu ABŞ-a köçmək niyyətindədir. Hazırda "İnter Mayami" Kruzla maraqlanır. Keçid 2023-cü ilin yanvarında baş tuta bilər".

"L'Equipe" nəşri: "Kilian Mbappenin PSJ ilə müqaviləsi 2024-cü ilə qədərdir və futbolçunun müqaviləsini daha 1 il uzatmaq hüququ var. Daha əvvəl onun sözləşməsinin 2025-ci ilə qədər qüvvədə olduğu bildirilirdi. Amma fakt odur ki, 2024-cü ildə futbolçu klubdan azad agent olaraq ayrıla bilər".

MEN saytı: "Mançester Yunayted" Markus Reşford, David De Xea, Dieqo Dalot, Lyuk Şou və Fredlə müqavilə müddətini uzatmağı planlaşdırır".

Baş tutmuş transfer xəbərləri: 

"Liverpul"un keçmiş qapıçısı Loris Karius azad agent qismində "Nyukasl"a qoşulub.  Müqavilə 1 yanvar 2023-cü ilə qədər nəzərdə tutulub.

Tiaqo Motta "Bolonya"nın yeni baş məşqçisidir. Müqavilənin müddəti 2023/24-cü illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Dieqo Kosta azad agent qismində "Vulverhempton"a keçib. Müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər