Günün transfer xəbərləri: İtaliya millisinin hücumçusu İngiltərə klubunda

Günün transfer xəbərləri: İtaliya millisinin hücumçusu İngiltərə klubunda

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Fotomaç" saytı: "Beşiktaş" Jorj Kevin Nkudu ilə yollarını ayıracaq".

"Fotomaç" saytı: "30 yaşlı şimali makedoniyalı futbolçu Canni Alioski "Beşiktaş"ın əsas transfer hədəfidir".

İnsayder, Fabritsio Romano: "Renn" "Boloniya"nın futbolçusu Artur Teatrla bu həftə müqavilə imzalayacaq". 

"SV Pressa" saytı: "Valensiya"nın rusiyalı futbolçusu Denis Çerişevin işi olduqca çətintir. Futbolçu ilə heç bir klub maraqlanmır". 

"Corriere dello Sport" nəşri: "Roma"nın özbəkistanlı futbolçusu Eldor Şomurodov komandanın baş məşqçisi Joze Mourinyunu mövsümöncəsi təlim-məşq toplanışında sərgilədiyi performansla məyus edib. Artıq portuqaliyalı çalışdırıcı Şomurudova heyətdə yer verməyəcəyini açıqlayıb. "Canavarlar" yay transfer pəncərəsində 27 yaşlı hücumçunu satmaqda qərarlıdır". 

"Barselona"nın futbolçusu Ansu Fati Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışını şərh edib: "Messi? Bəli, onun qayıtmasını istərdim. O, "Barselona"da daha yaxşı sonluğa layiqdir. Messi futbol tarixinin ən yaxşı oyunçusudur”.

"Globo Esporte" saytı: "Emiliano Riqoni 4 milyon dollara "San Paulo"dan ABŞ-ın "Ostin" klubuna keçməyə yaxındır".

"CBS Sports" nəşri: "Lester Siti" komandanın lideri Uesli Fofanaya 70 milyon avro qiymət qoyub. Müdafiəçi ilə maraqlananlar arasında onu transfer etməyə ən real namizəd "Çelsi" klubudur".

"Atletiko Madrid"in prezidenti Enrike Sereso: “Ronaldu və "Atletiko" haqqında bu hekayəni kimin uydurduğunu bilmirəm. Onun bizim kluba gəlməsi real deyil”.

Baş tutmuş transfer xəbərləri:

İtaliyalı hücumçu Canluka Skamakka "Sassuolo"dan "Vest Hem"ə keçib. Transfer məbləği 38 milyon avro təşkil edib. Müqavilə müddəti 2026/27-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər