Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"El Confidencial" nəşri: "Real Madrid"in prezidenti Florentino Peres müqaviləni yeniləməkdən imtina edən Marko Asensionu komandasında görmək istəmir".
"L'Equipe" nəşri: "29 yaşlı argentinalı futbolçu Mauro İkardi icarə əsasında "Qalatasaray"a keçməyə yaxındır".
İnsayder Canluka Di Martsiodan xəbərlər:
"Yuventus" və "Marsel"in futbolçusu Arkadiuş Milik müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər".
"Salernitana" Mişi Batşuayini satınalma seçimi ilə icarəyə götürmək istəyir. "Çelsi" isə futbolçunu birdəfəlik transferlə satmaq niyyətindədir".
"Milan" Trevo Çaloba uğrunda mübarizədə "İnter"ə qoşulub".
"Yuventus" və PSJ-nin Leandro Paredesin icarəyə götürülməsi ilə bağlı danışıqları uğurla nəticələnib".
"Cüzeppe Petsella" icarə əsasında "Atalanta"dan "Leççe"yə keçəcək".
"Montsa" "Olimpiakos"dan Madi Kamaranı transfer etmək istəyir".
Emin Şəmsiyev