Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"TZ Sport" saytı: "Harri Keyn gələn yay üçün "Bayern Münhen"in siyahısına daxil olunan oyunçulardan biridir".
"Todo Fichajes" nəşri: "Liverpul"un hücumçusu Roberto Firmino karyerasını İspaniyada "Atletiko Madrid"də davam etdirə bilər".
"La Repubblica" nəşri: "Çelsi" və "Mançester Siti" "Atalanta"nın müdafiəçisi Corcio Skalvini ilə maraqlanır".
"Sport.es" saytı: "Real Madrid" və "Barselona" "Rayo Valyekano"nun yarımmüdafiəçisi Pablo Munyozu heyətinə qatmağı planlaşdırır".
Emin Şəmsiyev