Günün transfer xəbərləri: Feliksə görə Pulişiçi gözdən çıxartdılar

Günün transfer xəbərləri: Feliksə görə Pulişiçi gözdən çıxartdılar

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Marca": "Real Madrid" yayda səs-küy gətirəcək transferə hazırlaşır. Kral klubu "Borussiya Dortmund"un yarımmüdafiəçisi Cud Bellinqemi heyətinə cəlb etməyi planlaşdırır. Ancaq ispanların işi çətin olacaq. Belə ki, 19 yaşlı ingiltərəli futbolçu "Mançester Siti" və "Liverpul"un da hədəfindədir.

"Football.London": Joau Feliks "Çelsi"nin əsas hədəfi olaraq qalır. "Atletiko Madrid"dən icarəyə götürüləcək portuqaliyalı futbolçu gələcəkdə La Liqa təmsilçisinin heyətinə qayıtmaq istəmir, icarə müddəti başa çatdıqdan sonra da Londonda qalmaq arzusundadır. "Zadəganlar" özləri də Feliksi buraxmaq niyyətində deyillər. Bu səbəbdən vinger Kristian Pulişiçi "Atletiko"ya təklif etmək variantını nəzərdən keçirdirlər. 

Rəsmi: ABŞ-nin "Ostin" klubu hücumçusu Sebastyan Driussi ilə müqaviləni yeniləyib. 27 yaşlı argentinalı futbolçu ilə sözləşmənin müddəti 2025-ci ilin sonuna qədər nəzərdə tutulub. Həmçinin, müddəti daha 1 il artırmaq maddəsi də əlavə olunub. 

Röya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər