Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Marca" nəşri: Eden Azar (Eden Hazard) "Yuventus"da Kriştianu Ronaldonunu əvəz edə bilər. Madrid klubu, Kilian Mbappe (Kylian Mbappe) ilə razılığa gələ biləcəyi təqdirdə Azarı buraxmağa hazır olacaq.
"The Guardian" nəşri : "Vest Hem" 30 milyon avro Nikolo Vlasiçlə (Nicolo Vlasic) müqavilə bağlamağa yaxındır.
"The Sun" nəşri: "Mançester Yunayted" Kriştianu Ronaldunu (Cristiano Ronaldo) transfer etdikdən sonra Daniel Ceymsi icarəyə vermək niyyətindədir. "Lids" və "Everton" Uelsli futbolçu ilə maraqlanır.
Baş tutmuş transfer xəbərləri:
Maksvel Korne (Maxwell Cornet - 24 yaşlı müdafiəçi)
"Lion"dan (Fransa) "Börnli"yə (İngiltərə) keçidini reallaşdırıb. Transfer məbləği 15 milyon avro olan futbolçu müqaviləsini 2025/26 mövsümünün sonuna qədər imzalayıb. Ötən mövsüm 39 oyun keçirən futbolçu 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Pol Anton (Paul Anton - 30 yaşlı yarımmüdafiəçi)
"Dinamo Buxarest"dən (Rumıniya) "Ponferradina" (İspaniya) klubuna keçib. Müqavilənin detalları açıqlanmayıb. Ötən mövsüm 35 oyun keçirib 7 qol vurub və 2 məhsuldar ötürmə verib.
Maksimilyano Kofre (Maximiliano Kofrie - 24 yaşlı müdafiəçi)
"Sent -Truidens"dən (Belçika) "Spartak" (Rusiya) klubuna transfer olunub Transfer məbləği 2,5 milyon avro olan futbolçu klubla 5 illik müqavilə imzalayıb.
Xvan Xi Çxan (Hwang Hee Chan - 25 yaşlı hücumçu)
"RB Laypsix"dən (Almaniya) "Vulverhempton"a (İngiltərə) icarəyə verilib. Satın alma hüququ ilə 2021/22 mövsümünün sonuna qədər icardə ilacaq futbolçu ötən mövsüm 26 oyuna 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
Matias Norman (Matthias Normann - 25 yaşlı yarımmüdafiəçi)
"Rostov"dan (Rusiya) "Norviç" (İngiltərə) klubuna icarəyə verilib. Futbolçu klubda 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq.
Emin Şəmsiyev