Günün transfer xəbərləri: Donnarumma getdi

Günün transfer xəbərləri: Donnarumma getdi

Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir. 

"Foot Mercato" nəşri: "Atletiko Madrid" və "Atalanta" "Loryen"in ulduzu Terem Moffi uğrunda mübarizə aparacaq.

"Calciomercato" nəşri: "Bolonya" nın müdafiəçisi Takehiro Tomiyasu hələ də "Tottenhem"in maraq dairəsindədir.

"Calciomercato" nəşri: "Yuventus" "Latsio"nun futbolçusu Nikola Maksimoviçi (Nikolo Maksimovic) Daniele Ruqaninin (Daniele Rugani) əvəzedicisi kimi görür. 

Canluka Di Martsio - idman jurnalisti: Vlahoviç (Dusan Vlahovic) şənbə günü "Fiorentina"nın prezidenti ilə görüşəcək

Baş tutmuş transfer xəbərləri:

Rodriqo Munis (Rodrigo Muniz - 20 yaşlı hücumçu)

"Flamenqo"dan (Braziliya)  "Fulhem"ə (İngiltərə)  transfer olunub. Transfer məbləği 8 milyon avro olan futbolçu klubla 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 

Antonio Donnarumma (31 yaşlı qapıçı, Canluici Donnarummanın qardaşı)

"Milan"dan (İtaliya)  "Padova" (İtaliya) klubuna keçidini reallaşdırıb. Azad agent qismində klub dəyişən futbolçu müddəti 2021/22 mövsümünün sonuna qədər olan müqavilə imzalayıb.

Andreas Pereyra (Andreas Perreira - 25 yaşlı yarımmüdafiəçi)

"Mançester Yunayted"dən (İngiltərə)  "Flamenqo"ya (Braziliya) icarəyə verilib. Futbolçu 2021/22 mövsümünün sonuna qədər 1 milyon avro qarşılığında icarədə oynayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər