Günün transfer xəbərləri: Dieqo Kosta İPL-də

Günün transfer xəbərləri: Dieqo Kosta İPL-də

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb.

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport1" saytı: "Bayern Münhen" Leroy Sanenin İngiltərə Premyer Liqasına transferinə qadağa qoyub. "Çelsi" futbolçunu İngiltərəyə qaytarmaqda maraqlı idi, lakin Münhen klubu futbolçunun satılmadığını bildirib".

İnsayder David Ornşteyn: "Vulverhempton" zədəli  hücumçusu Saşa Kalayciçin yerinə "Atletiko Mineyro"nun sabiq futbolçusu Dieqo Kostanı transfer etməyi düşünür. Çərşənbə axşamı oyunçu yoxlanışdan keçmək üçün İngiltərəyə gələcək. O, hazırda azad agentdir".

Baş tutmuş transfer xəbərləri:

28 yaşlı futbolçu Ross Barkli azzad agent olaraq "Nitsa" klubuna keçib. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər