Günün transfer xəbərləri: Di Maria "Barselona"da? 

Günün transfer xəbərləri: Di Maria "Barselona"da? 

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport1": "Arsenal" Almaniya Bundesliqasından futbolçu almağı planlaşdırır. İngiltərə klubu "Ayntraxt"dan Yesper Lindströmu gözaltı edib. "Topçular" danimarkalı hücumçunu hələ ötən yaydan bəyəniblər. Lakin keçid baş tutmayıb. 

"90min": "Aston Villa" "Çelsi"nin keçmiş futbolçusuna maraq göstərir. Söhbət hazırda "Roma"da çıxış edən Temmi Abrahamdan gedir. İtaliya klubu 2021-ci ildə aldığı ingiltərəli hücumçuya 50 milyon avro qiymət qoyub. Lakin "Aston Villa"nin bu məbləğə razı olacağı sual altındadır. 

Qeyd edək ki, cari mövsüm A Seriyasında 17 oyunda meydana çıxan forvard yaxşı çıxış etsə də, bütün turnirlərdə cəmi 7 qolla yadda qalıb. 

"Tuttomercatoweb": Argentina millisinin futbolçusu Anxel Di Maria "Barselona"nın hədəfindədir. 35 yaşlı vinger klubu "Yuventus" ilə hələ də müqaviləni yeniləməyib. Belə olan halda, Di Maria yayda azad agent olacaq. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər