Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato" nəşri: "Mauro İkardi, Paulo Dibala, Edinson Kavani, Luis Suares "Montsa"nın futbolçuarı ola bilər. A Seriyasının yeni komandası bu transfer pəncərəsində adı çəkilən futbolçuların hər biri ilə əlaqə saxlayıb".
"Mundo Deportivo" nəşri: "Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardu Silvanı öz heyətinə qatmağa çalışır".
Ben Ceykobs, "CBS Sports"un əməkdaşı: "Lids" və "Barselona" Rafinyanın 75 milyon avroya Kataloniya klubuna keçidi barədə razılığa gəliblər".
Matteo Moretto, "Sky Sports"un əməkdaşı: "Fransişku Trinkan 10 milyon avroya "Barselona"dan "Sportinq Lissabon"a keçəcək".
Ancelo Mancante, "Sky Sports"un əməkdaşı: "Mançester Yunayted" PSJ-nin yarımmüdafiəçisi Leandro Paredeslə maraqlanır".
"Goal" saytı: "Joze Mourinyu "Kristal Pelas"ın futbolçusu Uilfrid Zahanın "Roma"ya keçməsini istəyir".
"Mançester Siti"nin sabiq oyunçusu Trevor Sinkler: "Maurisio Poçettino "Mançester Siti"də Pep Qvardiolanın mükəmməl davamçısı ola bilər".
Baş tutmuş transfer xəbərləri:
Eduardo Salvio azad agent olaraq “Boka Xuniors”dan "Pumas" klubuna keçib.
Omar Riçards "Bayern Münhen"dən "Nottingem Forest"ə keçib. Transfer məbləği 8,5 milyon avro olan futbolçunun müqaviləsinin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Henri Onyekuru "Olimpiakos"dan "Adana Dəmirspor"a bir illik icarəyə verilib.
Emin Şəmsiyev