Günün transfer xəbərləri: Bu klublar baş məşqçilərini dəyişdi

Günün transfer xəbərləri: Bu klublar baş məşqçilərini dəyişdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Rəsmi: Cennaro Qattuzonu istefaya göndərən "Valensiya" klubunun yeni baş məşqçisi məlum olub. La Liqa təmsilçisi "Saraqosa"nın sabiq çalışdırıcısı Ruben Baraxaya həvalə olunub. 

***

Rəsmi: "Salernita"nın baş məşqçi postuna Paulu Souza keçib. 52 yaşlı portuqaliyalı mütəxəssislə 5 aylıq müqavilə imzalanıb. Sözləşmə şərtlərində müddəti 2 ilə qədər uzatmaq maddəsi də var. 

***

Rəsmi: "Spetsiya" baş məşqçisi Luka Qottini istefaya göndərib. Buna səbəb komandanın son 5 oyunun 4-də məğlub olmasıdır. Hazırda "Spetsiya" İtaliya A Seriyasında 17-ci pillədə qərarlaşıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər