Günün transfer xəbərləri: Bellingem PSJ-yə "yox" dedi

Günün transfer xəbərləri: Bellingem PSJ-yə "yox" dedi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Fichajes": "Mançester Yunayted" hücumçu mövqeyinə "Roma"dan Temmi Abrahamı gətirmək niyyətindədir. Lakin klubun baş məşqçisi Erik ten Haqın tərəddüdlər var. Belə ki, Abraham Joze Mourinyonun rəhbərliyi altında stabil oyun sərgiləmir. Bu səbəbdən Ten Haq hələ ki, bu variant üzərində düşünür. 

"Sport1": "Borussiya Dortmund"un yarımmüdafiəçisi Cud Bellingem PSJ ilə bağlı qərarını açıqlayıb. 19 yaşlı ingiltərəli futbolçu gələn yay Liqa I klubuna keçməkdən imtina edib. 

"Real Madrid", "Mançester Yunayted", "Çelsi", "Mançester Siti", "Bayern Münhen" və "Liverpul" kimi klubların diqqət mərkəzində olan Bellinqem hələ də gələcəyi ilə bağlı qərar verməkdə çətinlik çəkir. 

"Fichajes": "Real Madrid" "Bayern Münhen"in vingeri Kinqsli Komanı izləyir. La Liqa təmsilçisi yayda transferi həyata keçirməyi planlaşdırır. 

Kral klubunun rəhbərliyi Komanı PSJ-dən Kilian Mbappeyə alternativ olaraq görür. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər