Günün transfer xəbərləri: "Bayern" dünya ulduzu ilə güclənir

Günün transfer xəbərləri: "Bayern" dünya ulduzu ilə güclənir

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Canluka Di Martsiodan xəbərlər:

"Bayern Münhen" və "Yuventus" bu gün Mateys de Liqtin transferi ilə bağlı razılığa gələcəklər".

 "Roma" Paulo Dibalaya mövsüm üçün bonuslar da daxil olmaqla, 6 milyon avro maaşla 3 illik müqavilə təklif edib. “Canavarlar" yaxın saatlarda açıqlanacaq yekun cavabı gözləyir".

"Morten Torsbi 4 milyon avro qarşılığında "Sampdoriya"dan "Union Berlin"ə keçəcək".

"The Times" nəşrinin jurnalisti Pol Coys: "Reyncers" 26 yaşlı müdafiəçi Ben Devisi 4 milyon avroya "Liverpul"a satacaq".

Matteo Moretto, insayder: "Olimpik Lion" və "Real Betis" Hussem Auarın transferi ilə bağlı razılığa gəlməyə yaxındırlar"

"Scottish Sun Sport" nəşri: "Bu yaxınlarda "Şanxay Port"u tərk edən 31 yaşlı avstraliyalı yarımmüdafiəçi Aaron Muy "Seltik"ə keçməyə yaxındır".

"Gazzetta dello Sport" nəşri: "Milan" bossları PSJ-nin iddiasına baxmayaraq, hələ də yarımmüdafiəçi Renatu Sanşeşi ala biləcəklərinə inanırlar".

Baş tutmuş transfer xəbərləri: 

19 yaşlı yarımmüdafiəçi Brendon Agilera "Alaxuelense"dən (Kosta Rika) "Nottinghem Forest"ə keçib. İngiltərə klubu ilə futbolçu arasında müqavilənin müddəti 2025/26-cı illər mövsümünün sonuna qədər qüvvədə olacaq. 

"Qalatasaray"  2,8 milyon avroya türkiyəli müdafiəçi Abdulkerim Bardakçı, 3 milyon avroya "Roma"nın sabiq portuqaliyalı yarımmüdafiəçisi Serju Oliveyra və 2 milyon avroya tanınmış isveçrəli futbolçu Haris Seferoviçi heyətinə qatıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər