Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"İnter Live" saytı: "Tottenhem" "İnter"in hücumçusu Lautaro Martinezlə maraqlanır".
ESPN saytı: "Barselona" qış transfer pəncərəsində Jerar Pike, Jordi Alba və Frenki de Yonqu satmaq istəyir".
"Fichajes" saytı: "Mançester Yunayted"in qapıçısı David de Xea bu mövsümün sonunda müqaviləsi başa çatdıqdan sonra "Real Betis"də ola bilər".
"The Guardian" nəşri: "Erik ten Haq qış transfer pəncərəsində Ronaldunun satışını təsdiqləyəcək".
"EL Pais" saytı: "Çelsi" 2023-cü ildə Neymarı transfer etməyə hazırdır".
"Talk Sport" saytı: "Kristal Pelas" "Blekbern"in hücumçusu Ben Brereton Diası transfer etməyi düşünür".
İnsayder Fabritsio Romano: "Bukayo Saka "Arsenal"la yeni müqavilə imzalamağa yaxındır".
Emin