Günün transfer xəbərləri: Arteta "Barselona"nı çalışdıracaq

Günün transfer xəbərləri: Arteta "Barselona"nı çalışdıracaq

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport ES" saytı: "Arsenal"ın baş məşqçisi Mikel Arteta gələcəkdə "Barselona"nı idarə edəcək". 

"North Echo" saytı: "Nyukasl Yunayted" "Brayton"un ulduzu Leandro Trossardın transferi uğrunda "Çelsi" ilə yarışacaq".

"Calciomercato" nəşri: "Yuventus" və "Roma" "Sassuolo"nun yarımmüdafiəçisi Davide Frattesi ilə maraqlanır".

“The Athletic” nəşri: “Brayton”un baş məşqçisi Roberto de Dzerbi Ukrayna millisinin müdafiəçisi Mikola Matviyenko ilə maraqlanır".

"Sky Sport" saytı: "Klopp növbəti 2 transfer pəncərəsində klub rəhbərliyindən maliyyə dəstəyi alacaq".

"Sky Sport" saytı: "Mançester Yunayted" "Bayer Leverkuzen"dən sağ cinah yarımmüdafiəçisi Ceremi Frimponqu transfer etməyi düşünür".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər