Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato": Massimiliano Alleqri mövsümün sonunda postunu tərk edəcək. 2019-cu ildə istefaya göndərilib, 2021-ci ildə yenidən komandasına qayıdan mütəxəssis bu dəfə də uğur qazana bilmədi. Komanda onu göndərmək niyyətindədir, sadəcə son zamanlar klubun adının qarışdığı qalmaqallar səbəbilə Alleqrinin istefası yubanır.
"Fichajes": "Atletiko Madrid" "Mançester Siti"nin planlarını pozur. İspaniya təmsilçisi ingilislərin gözaltı etdiyi Federiko Dimarkoya elçi düşüb. Hər iki klub "İnter"in müdafiəçisini yayda transfer etməyə çalışacaqlar.
"Tuttomercatoweb": "Yuventus" və "Roma" "Spetsiya"nın müdafiəçisi Emil Holm uğrunda mübarizə aparacaqlar. 22 yaşlı isveçli futbolçuya artan maraq səbəbilə mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
"Yuventus" Emili hələ yanvarda heyətinə cəlb etmək fikrində idi. Ancaq "Spetsiya" mövsümün ortasında anlaşmaya razı olmamışdı.
Röya