Günün transfer xəbərləri: 18 yaşlı vunderkind "Mançester Yunayted"in hədəfində

Günün transfer xəbərləri: 18 yaşlı vunderkind "Mançester Yunayted"in hədəfində

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Gazzetta Dello Sport": "Mançester Yunayted" axtardığı hücumçunu Braziliya tapıb. "Qırmızı şeytanlar" sözügedən ölkənin "Atletiko Paranaense" klubunda çıxış edən Vitor Roke ilə maraqlanır. Fevralda 18-i yaşı tamam olacaq braziliyalı vunderkindin transfer qiyməti 60 milyon avro dəyərləndirilir. Qeyd edək ki, Vitorun xidmətində PSJ də maraqlıdır. 

"The Evening Standard": "Real Sosyedad"ın  futbolçusu Martin Subimendidən müsbət cavab almayan "Arsenal" diqqətini "Yuventus"un yarımmüdafiəçisi Ueston Makkenniyə yönəldib. ABŞ millisinin üzvünü 20 milyon avroya almaq mümkündür. 

Rəsmi: "Arsenal" "Spetsiya"nın yarımmüdafiəçisi Yakub Kiveri transfer edib. Bu keçid London klubuna 25 milyon avroya başa gəlib. 22 yaşlı polşalı futbolçu ilə müddəti 2028-ci ilin yayına qədər davam edəcək müqavilə imzalanıb. Yakub yeni komandasında "15" nömrəli forma ilə çıxış edəcək. 

Günün transfer xəbərləri: 18 yaşlı vunderkind "Mançester Yunayted"in hədəfində

Rəsmi: "Mançester Siti" Argentinanın "Veles Sarsfild" komandasından Maksimo Perroneni heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 11 milyon avro təşkil edib. Argentinalı futbolçunun sözləşməsi 2028-ci ilə qədər davam edəcək. 

Günün transfer xəbərləri: 18 yaşlı vunderkind "Mançester Yunayted"in hədəfində

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər