Günün transfer xəbərləri: 16 yaşlı "vunderkind" "Real Madrid"də

Günün transfer xəbərləri: 16 yaşlı "vunderkind" "Real Madrid"də

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Sport.es" saytı: "Barselona" yanvar transfer pəncərəsi ərəfəsində "Vulverhempton"un yarımmüdafiəçisi Ruben Neveşlə danışıqlara başlayıb".

"Goal" saytı: "Çelsi" yanvarda "Nyukasl"ın yarımmüdafiəçisi Brunu Gimaraynşı transfer etməyi düşünür".

"Marca" nəşri: "Real Madrid" 16 yaşlı gənc istedad uğrunda yarışda PSJ-ni məğlub edib. Florentino Peres "vunderkind" üçün 40 milyon avro ödəyəcək. Endrik "Real Madrid"in futbolçusu olacaq".

"The Mirror" nəşri:  "Arsenal" "Latsio"nun ulduzu Sergey Milinkoviç-Saviç üçün 60.000.000 avro + öz oyunçularından birini verəcək".

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər