Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercato": "Yuventus" PSJ-nin yarımmüdafiəçisi Marko Verratti ilə maraqlanır. Fransa təmsilçi italiyalı futbolçunu buraxmağa razı olsa, transfer yayda baş tuta bilər. "Yuventus"un Verrattinin meneceri Rafael Piment ilə münasibəti yaxşıdır. Ancaq PSJ-nın sahibi Nasser Əl-Xəlaifi Markonun gedişinin tərəfdarı deyil. Belə ki, o, Verrattini klubun rəmzi hesab edir.
"SportBild": "Borussiya Dortmund" "Arsenal"ın planlarını poza bilər. Almaniya təmsilçisi yarımmüdafiəçisi Yulian Brandt ilə müqaviləni yeniləmək niyyətindədir. "Topçular" isə yay transfer pəncərəsi dönəmində futbolçunu heyətinə cəlb etməyi planlaşdırırdı.
"Borussiya" Brandt ilə danışıqlara başlamağa hazırdır. Belə ki, onun klubu ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatır.
"Football Insider": "Çelsi" "Mançester Yunayted"in bəyəndiyi futbolçu ilə maraqlanır. Söhbət "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqdan gedir. Meydanın mərkəzini gücləndirməyi planlaşdıran "Çelsi" üçün De Yonq ideal variantdır. Maliyyə sıxıntısı yaşayan "Barselona" üçün də futbolçunu satmaq əlverişlidir.
Röya