Günün transfer şayiələri: Yürgen Kloppun yeni hədəfi 

Günün transfer şayiələri: Yürgen Kloppun yeni hədəfi 

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"90min": "Liverpul" PSV-nin ulduz futbolçusu İbrahim Sanqareyə elçi düşüb. "Mersisaydlılar"ın baş məşqçisi Yürgen Klopp 25 yaşlı yarımmüdafiəçini çoxdan izləyir. Almaniya mütəxəssis bu yay Sanqareni komandasında görmək niyyətindədir. 

"Football Insider": "Aston Villa" heyətinə yeni hücumçu cəlb etmək istəyir. Komandanın baş məşqçisi Unar Emeri "Brentford"da çıxış edən İvan Tonini bəyənib. Birminqem təmsilçisi keçidi bu yay reallaşdırmağı planlaşdırır. 

"Foot Mercato": "Napoli"nin hücumçusu Viktor Osimxen İngiltərə Premyer Liqasında çıxış etmək istəyir. Futbolçunun bu qərarı "Mançester Yunayted" və "Çelsi"yə stimul verib. Hər iki klub nigeriyalı forvard uğrunda mübarizə aparacaq. 

PSJ və "Bayern Münhen" də Osimxeni transfer etmək istəyində idi. Lakin futbolçu Liqa I və Bundesliqada çıxış etmək istəmir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər