Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"90min": "Nyukasl" "Mançester Yunayted"in müdafiəçisi Harri Maquayraya elçi düşüb. İngiltərə millisinin üzvünə bir sıra komandalardan təklif olsa da, "Nyukasl"ın təsiri daha böyükdür. "Mançester Yunayted" özü də futbolçuyla vidalaşmaq niyyətindədir. Harriyə "Vest Hem" də təklif göndərib. Lakin "Nyukasl"ın gələn mövsüm avrokuboklarda iştirak etmək şansı daha yüksək olduğu üçün, Harrinin keçidə razılıq verəcəyi iddia edilir.
"The Sun": "Arsenal"ın "Real Madrid"dən Marko Asensionu transfer etmək arzusu reallaşa bilər. "Topçular"ın rəqibi "Çelsi" futbolçunu almaq fikrindən danışıb. Bu səbəbdən yayda azad agent olacaq Asensionu heyətinə cəlb etmək üçün "Arsenal"ın yolunda əngəl qalmayıb.
"The Guardian": "Mançester Yunayted" İngiltərə millisinin iki üzvünə göz dikib. Söhbət "Tottenhem"in hücumçusu Harri Keyn və "Çelsi"nin yarımmüdafiəçisi Meyson Mauntdan gedir. Heyəti yeniləməyi planlaşdıran baş məşqçi Erik ten Haq hər iki ulduzu tezliklə komandasında görmək istəyir. Bundan əlavə, "qırmızı şeytanlar" "Napoli"nin forvardı Viktor Osimxeni də gözaltı ediblər.
Röya