Günün transfer şayiələri: "Real Madrid" Mbappeni transfer etməyəcək

Günün transfer şayiələri: "Real Madrid" Mbappeni transfer etməyəcək

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Football Transfers": "Vest Hem" "Arsenal"ın hücumçusu Folarin Baloquna elçi düşüb. 21 yaşlı forvard cari mövsümü icarə əsasında "Reyms"də keçirib. "Arsenal" gənc futbolçuya əsas heyətdə oynamaq şansı vermədiyi üçün Folarin klubu tərk etmək niyyətindədir. 

"Marca": "Real Madrid" PSJ-nin ulduzu Kilian Mbappeni transfer etmək fikrindən danışıb. Hazırda əla formada olan Vinisius Junior rəhbərlik və məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən kral klubu rəhbərliyi Mbappe üçün milyonlar xərcləməkdən imtina edib. Həmin pulun "Borussiya Dortmund"u tərk etməyə hazırlaşan Cud Bellinqemin transferinə xərclənəcəyi bildirilir. 

"Mirror Football": "Liverpul" "Brayton"un futbolçusu Aleksis Mak Allister heyətinə qatmağı planlaşdırır. Klubu Argentina millisinin üzvü üçün 80 milyon avro tələb edir. 24 yaşlı yarımmüdafiəçi "Liverpul"la yanaşı "Arsenal" və "Mançester Yunayted"in də maraq dairəsindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər