Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Give Me Sport": "Liverpul" "Fulhem"in yarımmüdafiəçisi Joau Palinya ilə maraqlanır. Meydanın mərkəzini gücləndirməyi planlaşdıran "mersisaydlılar" 27 yaşlı portuqaliyalını gələn mövsüm üçün transfer etməyi planlaşdırır. "Liverpul" Palinyanı heyətinə qatmaq üçün 60 milyon avro ödəməlidir.
"Jeunes Footeux": "Arsenal" "Monpelye"nin hücumçusu Eli Vahini izləyir. "Topçular" 20 yaşlı fransalı futbolçunu gələn mövsüm heyətinə qatmaq fikrindədir. İngiltərənin başqa klublarının da maraqlandığı forvardın transfer qiyməti 32 milyon avrodur.
İnsayder Fabritsio Romano: PSJ-nın heyətində Braziliya millisinin üzvü Markinyosu heyətində saxlamağa qərar verib. 2013-cü ildən Paris klubunda çıxış edən 28 yaşlı müdafiəçi özü də komandasını dəyişmək fikrində deyil. "Sambaçı"nın PSJ ilə cari sözləşməsi başa çatmaq üzrədir.
Röya