Günün transfer şayiələri: Poqba "Yuventus"u tərk etməyəcək

Günün transfer şayiələri: Poqba "Yuventus"u tərk etməyəcək

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"FootballTransfers": "Real Madrid"in futbolçusu Marko Asensio yayda "Barselona"ya keçmək istəyir. 27 yaşlı ispaniyalı vinger hələ də klubu ilə müqaviləni yeniləməyib. Onun xidmətində "Arsenal" da maraqlıdır. Ancaq "Barselona"ya transferi daha real görsənir. 

"Calciomercato": Pol Poqba "Yuventus"la bağlı qərar verib. O, klubun çətin günlərdən keçməsinə baxmayaraq komandada qalmaq qərarına gəlib. Ağır zədədən sağalan Poqba tezliklə əvvəlki formasına düşməyi hədəfə alıb. 

"Fichajes": "Barselona" "Vilyarreal"ın yarımmüdafiəçisi Dani Parexoya elçi düşüb. Kataloniya təmsilçisi tezliklə təklif göndərməyi planlaşdırır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər