Günün transfer şayiələri: Pato sabiq klubuna qayıdır

Günün transfer şayiələri: Pato sabiq klubuna qayıdır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Globoesporte": Tanınmış braziliyalı futbolçu Aleşandre Pato "San-Paulu"ya keçəcək. 33 yaşlı forvardın klubu "Orlando Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Sentyabrda zədələnən sabiq "Milan"lı futbolçu bir müddətdir formasını bərpa etmək üçün keçmiş klubu "San-Paulu"da məşq edir. Hazırda tərəflər arasında danışıqlar gedir. Əgər razılıq əldə olunarsa Pato üçüncü dəfə Braziliya klubunun oyunçusu olacaq. 

"Readfootball": "Mançester Yunayted" İspaniyadan şad xəbər alıb. "Qırmızı şeytanlar"ın heyətinə cəlb etmək istədiyi qapıçı Georgi Mamardaşvilinin keçidi baş tuta bilər. Belə ki, gürcüstanlı qolkiperin klubu "Valensiya" Georgini satmağı planlaşdırır. "Yarasalar" Gürcüstan millisinin üzvünü yayda 25 milyon avro qarşılığında buraxacaq. 

22 yaşlı futbolçunun İspaniya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir. Cari mövsüm 33 matçda meydana çıxan Mamardaşvili bir sıra Avropa klublarının diqqətini cəlb edib. 

"Football.london": "Liverpul"un sabiq futbolçusu Sadio Mane karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Bayern Münhen"də problemlər yaşayan seneqallı futbolçu ilə "Çelsi" maraqlanır. Bundesliqa klubunun potensial baş məşqçisi Maurisio Poçettino da vingerin Londona getməsinə qarşı deyil. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər