Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"talkSPORT": "Kristal Pelas"ın futbolçusu Uilfrid Zaa "Arsenal" və "Çelsi"nin maraq dairəsindədir. 30 yaşlı vingerin müqaviləsi iyunda başa çatır və o, klubu ilə sözləşməni yeniləmək niyyətində deyil. Bu səbəbdən Zaa istədiyi komandaya azad agent kimi keçəcək.
Jurnalist Kristian Falka: "Borussiya Dortmund"un yarımmüdafiəçisi Yulian Brandt "Arsenal"ın transfer hədəfidir. Keçid yayda baş tuta bilər.
"The Mirror": "Nyu İnqlend Revolyuşn"ın qapıçısı Corce Petroviç İngiltərə nəhəglərinin hədəfindədir. "Mançester Yunayted" və "Liverpul" yayda 23 yaşlı qolkiperin transferi uğrunda mübarizə aparacaqlar.
Portuqaliyanın "O Jogo" nəşri isə "Mançester Yunayted"in "Portu"nun qapıçısı Dioqu Koşta ilə maraqlandığını yazır. Bu mövsüm "qırmızı şeytanlar"ın skautları gənc qolkiperi "Estadio du Draqao"dan canlı izləyiblər.
Röya