Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sport": "Barselona"nın futbolçusu Rafinya İngiltərənin 3 klubunun diqqət mərkəzindədir. "Nyukasl", "Çelsi" və "Arsenal" 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Braziliyalı vinger ötən il "Lids"də çıxış etdiyi üçün Premyer Liqaya adaptasiya olmaqda çətinlik çəkmiyəcək.
İnsayder Fabritsio Romano: "Mançester Yunayted"ın baş məşqçisi Erik ten Haq müdafiəçi Viktor Lindelyof ilə bağlı qərar verib. Hollandiyalı mütəxəssis futbolçunun komandada qalmasını istəyir.
Bir müddət öncə İsveç millisinin üzvü ilə "Atletiko Madrid" və "İnter"in maraqlandığı yazılırdı.
ESPN: "Mançester Yunayted" Harri Keynin transferi fikrindən daşınıb. "Tottenhem"lə danışıqlar müsbət nəticə vermədiyi üçün "qırmızı şeytanlar" diqqətini başqa futbolçulara yönəldib. Bunlar "Napoli"dən Viktor Osimxen ilə "Yuventus"dan Duşan Vlahoviçdir.
Röya