Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"90": "Tottenhem" "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyoya elçi düşüb. Ancaq Fransa millisinin üzvünü transfer etmək elə də asan olmayacaq. Belə ki, "Liverpul" və "Mançester Yunayted" də futbolçunun xidmətində maraqlıdırlar.
Rabyonun klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
"LaRoma24.it": "Roma"nın baş məşqçisi Joze Mourinyu İngiltərə Premyer Liqasına qayıda bilər. "Vest Hem" portuqaliya mütəxəssisi komandanın başına gətirməyi planlaşdırır. Uğursuz nəticələlərə görə İPL-i tərk etməkdən ehtiyat edən "çəkicdöyənlər" hazırki baş məşqçi Devid Moyesi istefaya göndərərək ulduz məşqçini dəvət etmək istəyirlər.
"Readfootball": "Liverpul" "Benfika"nın iki futbolçusu ilə maraqlanır. Söhbət Antonio Silva ilə Florentino Luisdən gedir. "Mersisaydlılar"ın skautları "Benfikan"nın "Famalikao" lə (2:0) oyununda hər iki futbolçunun çıxışını canlı izləyiblər.
Röya