Günün transfer şayiələri: Harri Keynin transfer dəyəri açıqlandı

Günün transfer şayiələri: Harri Keynin transfer dəyəri açıqlandı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Daily Express": "Tottenhem" hücumçusu Harri Keynə qiymət qoyub. İngiltərə millisinin üzvünü gələn yay transfer etmək istəyən klub 100 milyon avro ödəməlidir. Hazırda ulduz futbolçu "Mançester Yunayted" və PSJ-nin hədəfindədir. 

"Sport Bild": "Bayern Münhen" "Atalanta"nın hücumçusu Rasmus Hoylunda elçi düşüb. Bundesliqa klubu keçidi yay transfer pəncərəsi dönəmində rəsmiləşdirməyi planlaşdırır. 

"Football Insider": "Liverpul" yarımmüdafiəçisi Fabio Karvalyu ilə vidalaşmağı planlaşdırır. "Mersisaydlılar" futbolçunun satışından əldə olunan gəlir ilə yeni transfer etmək niyyətindədirlər. 24 yaşlı Karvalyu "Barselona" və "Nyukasl"ın diqqət mərkəzindədir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər