Günün transfer şayiələri: Firminonun yerinə Vlahoviç

Günün transfer şayiələri: Firminonun yerinə Vlahoviç

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Calciomercatoweb": "Liverpul" yayda azad agent olacaq Firminoya əvəzedici tapıb. Söhbət "Yuventus"un hücumçusu Duşan Vlahoviçdən gedir. "Liverpul" serbiyalı forvard uğrunda PSJ, "Real Madrid" və "Bayern Münhen"lə mübarizə aparacaq. 

"SportBILD": "Çelsi" Bundesliqadan futbolçu bəyənib. London təmsilçisi "Borussiya Münhenqladbax"dan Manu Koneni heyətinə cəlb etmək niyyətindədir. Fransanın U-21 millisinin gənc üzvünə PSJ-dən də maraq olsa da, Kone İngiltərə Premyer Liqasında oynamaq istəyir. Onun mövsümün sonunda Bundesliqadan ayrılacağı bildirilir. 

RƏSMİ: "Mançester Siti" futbolçusu Xulian Alvares ilə müqaviləni yeniləyib. 23 yaşlı argentinalı hücumçu ilə yeni sözləşmənin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub. 

Mövsümün əvvəlində "River Pleyt"dən transfer edilən forvard 33 matçda meydana çıxıb və 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. 

Röya  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər