Günün transfer şayiələri: Dibala İPL-ə keçə bilər

Günün transfer şayiələri: Dibala İPL-ə keçə bilər

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Readfootball": "Roma"nın hücumçusu Paulo Dibalaya İngiltərədən elçi var. İPL təmsilçisi "Nyukasl" argentinalı ulduzu heyətinə qatmağı planlaşdırır. Dibalanın buraxılış qiyməti 12 milyon funt sterlinqdir. Ancaq "Nyukasl" üçün bu transfer asan olmayacaq. Çünki bir çox klub Dibalanın xidmətində maraqlıdır. 

"Gazzetta dello Sport": "Çelsi" və "İnter" futbolçularını dəyişəcəklər. "Zadəganlar" İtaliya klubundan qapıçı Andre Onananı heyətinə qatmağı istəyir. Bunun qarşılığında isə A Seriyası təmsilçisi "Çelsi"dən müdafiəşi Trevo Çaloba və yarımmüdafiəçi Ruben Loftus-Çikanı anlaşmaya daxil etmək istəyir. 

"Football Insider": "Mançester Yunayted" PSJ-nin müdafiəçisi Əşrəf Hakimini transfer etmək niyyətindədir. Əslində Paris klubu mərakeşli futbolçunu satmaq istəmir, ancaq Hakiminin adının qarışdığı təcavüz qalmaqalından sonra PSJ onu 60-70 milyon avroya buraxa bilər.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər