Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"El Nacional": "Barselona"nın futbolçusu Usman Dembele İngiltərədə özünə klub seçib. Cari mövsüm parlaq çıxışı ilə bir çox klubun diqqətini özünə cəlb edən fransalı vinger PSJ və "Çelsi"nin rəğbətini qazanıb. Lakin o, İPL-də "Liverpul"da oynamağa üstünlük verir. Yayda Dembeleni 50 milyon avroya transfer etmək mümkündür.
"El Nacional": "Liverpul" "Real Madrid"in yarımmüdafiəçisi Orelyen Çuameni ilə maraqlanır. İngiltərə təmsilçisi kral klubuna 70 milyon avroluq təklif göndərməyi planlaşdırır. Danışıqlar müsbət yekunlansa, Orelyenin keçidi yayda baş tuta bilər.
Rəsmi: "Espanyol" klubu baş məşqçisi Diyeqo Martinesi istefaya göndərib. Komandaya müvəqqəti olaraq Luis Qarsiya rəhbərlik edəcək.
Röya