Günün transfer iddiaları: kim hara gedir?

Günün transfer iddiaları: kim hara gedir?

Transfer dönəmi başladığı gündən hər dəqiqə yeni iddialar ortaya atılır. Bəzən bu xəbərlər təsdiqlənir, bəzən isə iddia olaraq qalır. Bəs bu gün hansı transfer xəbərləri yayılıb? Fanat.Az günün transfer iddialarını təqdim edir.

"Colombia TV"nin iddiasına görə, "Real"ın kolumbiyalı ulduzu Xames Rodrigesi heyətinə qatmağa ən real namizəd "Bavariya"dı.

Romelu Lukakunu "Mançester Yunayted"ə satıb, Ueyn Runini heyətinə qatan "Everton" "Arsenal"dan Olivier Qiroudu transfer edir.

"Il Tempo"un xəbərinə görə, "Latsio" "Qalatasaray"dan Səlcuk İnanı heyətinə qatmaq istəyir.

"Fənərbaxça" "Başakşəhər"də oynayan sabiq kapitanı Emre Belezoğlunu geri qaytarır.

"Sport" iddia edir ki, "Barselona"  Hektor Bellerin üçün "Arsenal"a 30 milyon avroluq təklif göndərməyə hazırlaşır.

"Çelsi" "Real"dan Alvaro Moratanı transfer etmək istəyir. London klubu forvard üçün 80 milyon avrodan keçməyə hazırdı.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər