Günün transfer bombası - 180 milyon oldu

Günün transfer bombası - 180 milyon oldu

Bu yay transfer bazarının ən fəal klubu olan "Milan" heyətinə 10-cu transferini edib. Fanat.Az xəbər verir ki, İtaliya klubu Lukas Biqliyanın transferini açıqlayıb.

Klubdan verilən açıqlamada bildirilir ki, argentinalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Transferin maliyyə tərəfləri ilə bağlı heç bir açıqlama verilməyib. İtaliya mətbuatının məlumatına görə, "Milan" bu futbolçuya görə "Latsio"ya 17 milyon avro ödəyəcək.

Çinli iş adamlarının satın aldığı "Milan" bundan əvvəl Leonardo Bonuççi, Andre Silva, Andrea Konti, Hakan Çalhanoğlu, Mateyu Musaççio, Rikardo Rodriges, Frank Kessi, Antonio Donnarumma və Fabio Borinini heyətinə qatmışdı. İtaliya klubu 10 transferə 180 milyon avro ödəyib.

Qeyd edək ki, Lukas Biqliya 2013-cü ildə "Anderlext"dən "Latsio"ya 17 milyon avroya transfer olunmuşdu. Hazırda "Transfermarkt" ona 20 milyon avro qiymət qoyub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər