Azad agent qismində "Barselona"dan ayrılan İlkay Gündoğan İngiltərəyə yollanıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, Almaniya millisindəki karyerasını başa vuran 33 yaşlı türk "Mançester Siti" ilə müqavilə bağlamaq üçün Mançesterə uçub.
Daha öncə tanınmış insayder Fabritsio Romano İlkayın "şəhərlilər"lə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlayacağını açıqlamışdı.
Xatırladaq ki, sözügedən futbolçu 2016-2023-cü illər aralığında "şəhərlilər"in uğurları üçün çalışıb.
Nihat