Günahsız elan edildi, Fransa klubu ilə müqavilə bağladı - RƏSMİ

Günahsız elan edildi, Fransa klubu ilə müqavilə bağladı - RƏSMİ

"Mançester Siti"nin sabiq müdafiəçisi Benjamen Mendi karyerasını Fransada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, iki ilə yaxın peşəkar futboldan uzaq qalan 29 yaşlı futbolçu "Loryan"la iki illik müqavilə bağlayıb.

Məlumatı sözügedən Fransa klubunun rəsmi saytı yayıb.

DÇ-2018-in qalibi olan Mendi zorlamada ittiham edilirdi. O, Çester Kral Məhkəməsinin iyulun 14-də çıxardığı hökmə əsasən, tam günahsız bilinib.

Xatırladaq ki, bu ilin yanvarında Benjamenin üzərində 6 zorlama maddəsi, eləcə də 1 seksual təcavüz maddəsi götürülmüşdü. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər