Almaniyalı futbolçu gicgahından ağır zərbə alib

Almaniyalı futbolçu gicgahından ağır zərbə alib

"Kayzerslautern"in yarımmüdafiəçisi Feliks Götze (Feliks Goetze) Almaniyanın üçüncü divizion çempionatında "Victoria Berlin"ə qarşı oyundan sonra xəstəxanaya yerləşdirilib.

Fanat.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Matçın 73-cü dəqiqəsində futbolçu komanda yoldaşı Marvin Zengerlə toqquşub. O, gicgahından aldığı zərbədən sonra meydandan qalxa bilməyib. Həkimlərin müdaxiləsindən sonra Götze Berlin xəstəxanasına yerləşdirilib. Alman nəşrinin yazdığına görə, futbolçuya kəllə sümüyündə mikro çatlaq diaqnozu qoyulub və bu səbəbdən reanimasiyaya köçürülüb.

Qeyd edək ki, Feliks Götze 2014-cü il dünya çempionu olmuş Mario Götzenin (Mario Goetze) qardaşıdır.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər