Georgi Çixradze "Rəvan"la oyunla (3:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Simurq"un baş məşqçisi qış fasiləsində 1-2 yeni futbolçu istəyib:
"Komanda yaxşı oyun göstərdi, 3:0 hesabı ilə qalib gəldik. Qış fasiləsinə yaxşı əhval-ruhiyyədə gedirik. Komandaya mövsümün ilk yarısına görə təşəkkür edirəm. Oyunda Şahin Diniyevlə heç bir problem yaşamadıq, futbolçuların bir-birinə qarşı sərt oynadığı epizoda reaksiya göstərdim. Çempionatda asan oyun, asan rəqib yoxdu. Qol vurana kimi oyun çox çətin gedirdi, hesabı açdıqdan sonra isə daha rahat oynadıq. Komandanı gücləndirmək həmişə lazımdı. Fasilədə heyətimizə 1-2 yeni futbolçu cəlb edəcəyimizə ümid edirəm. Bu, həm rəqabəti, həm də oyun keyfiyyəytimizi artırmaq üçün lazımdı".
Fanat.az