Gənc futbolçularımız “Lens” klubuna baxışa yollanacaq

Gənc futbolçularımız “Lens” klubuna baxışa yollanacaq
Azərbaycanın gənc futbolçuları Fransanın “Lens” klubuna baxışa yollanacaqlar. Azerisport.az xəbər verir ki, bu barədə klubun yeni prezidenti Jerve Martel məlumat verib.
 
O, Fransa mətbuatına açıqlamasında bildirib ki, avqust ayında Azərbaycandan bir neçə gənc futbolçu “Lens”in düşərgəsinə yollanacaqlar. Onlar burda təcrübə keçəcəklər. Məşqçilər korpusunun bəyəndiyi hansısa futbolçularımızın bu komandada möhkəmlənməsi də istisna olunmur.
 
Qeyd edək ki, Martel “Lens”in səhmlərinin 40 faizinə sahib olduğu halda, yerdə qalan 60 faiz “Bakı”nın prezidenti Hafiz Məmmədova məxsusdur.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər