FutbolPress.az fəaliyyətini bərpa elədi

FutbolPress.az fəaliyyətini bərpa elədi
Ötən ayın sonunda maliyyə və bəzi texniki problemlərə görə fəaliyyətini müvəqqəti dayandırdığını elan eləyən FutbolPress.az saytı bu gün işə başlayıb. Bu barədə Fanat.az-a saytın baş redaktoru Elçin Cəlilov məlumat verib:
"Sayt 4 illik fəaliyyətində bununla ikinci dəfə belə məcburi fasiləylə üzləşir. Ancaq idman mediasındakı rolumuzun və yerimizi hiss eləmək davam eləmək üçün ən böyük stimul oldu. Üç həftəlik aradan sonra işi bərpa eləyə bildik. Bağlanma səbəbi maliyyə idi. İşçilərlə yolları ayrılmalı olduq. Ancaq toparlana bildik və bundan sonra daha yaxşı personalla yola davam edəcəyik. Bildirim ki, gələn ilin əvvəlindən xeyli marağa səbəb olmuş “FutbolPress” TV-ni də bərpa eləmək planım var. Oxucular bundan sonra saytımızı mütəmadi, həftənin bütün günləri oxuya biləcəklər”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər