Futbolmuzun türk klubundan kənarlaşdırıldı

Futbolmuzun türk klubundan kənarlaşdırıldı
"Dənizlispor" Saşa Yunisoğlu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytına Dənizli təmsilçisinin prezidenti Mehmet Özsoy açıqlama verib.
Klub rəhbəri futbolçumuzun müqaviləsinin qarşılıqlıqlı razılıq əsasında pozulduğunu bildirib. Səbəb olaraq isə Saşanın mövsümün əvvəlindən tez-tez zədələnməsini göstərib: "Saşa Yunisoğlunun müqaviləsini qarşılıqlı razılıq əsasında pozduq. Futbolçumuza "Dənizlispor"a verdiyi əməyə görə təşəkkür edir və karyerasında uğurlar arzulayıram".
Qeyd edək ki, Saşa yayda transfer olunduğu "Dənizlispor"da 18 oyuna çıxıb və 1461 dəqiqə oynayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər