Futbolda rekordlar alt-üst olur: 145 milyonluq transfer

Futbolda rekordlar alt-üst olur: 145 milyonluq transfer

"Arsenal" transfer tarixinin rekordlarını alt-üst etmək niyyətindədi. Fanat.Az xəbər verir ki, London klubu Kilian Mbappe üçün rekord məbləğdə təklif göndərməyə hazırlaşır.

İddialara görə, "Arsenal" 18 yaşlı ulduz üçün "Monako"ya 145 milyon avro təklif edəcək. Bildirilir ki, Arsen Venger "Monako" ilə yanaşı, Mbappenin atası ilə danışıqlara başlayıb. O, futbolçunun atası ilə görüşərək oğlunun İngiltərədə daha yaxşı inkişaf edəcəyinə və böyük uğurlar qazana biləcəyinə inandırmağa çalışıb.

Qeyd edək ki, hazırda transfer rekordu Pol Poqbaya məxsusdu. O, ötən il "Yuventus"dan "Mançester Yunayted"ə 105 milyon avroya keçib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər